45 yaşlı kişi qadını evinə yad kişi salmaqda ittiham etdi, qonşusunu qanına boyadı – Türkanda ŞOK OLAY 

45 yaşlı kişi qadını evinə yad kişi salmaqda ittiham etdi, qonşusunu qanına boyadı – Türkanda ŞOK OLAY 

Hazırda oxunan: 45 yaşlı kişi qadını evinə yad kişi salmaqda ittiham etdi, qonşusunu qanına boyadı – Türkanda ŞOK OLAY 

85698

Bakının Xəzər rayonunda 1977-ci il təvəllüdlü Bəşir Cəfərov qonşusu Eldara (adlar şərtidir – red.) xəsarət yetirib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 26-da Türkan qəsəbəsində baş verib.  

Bəşir küçədə digər qonşusu Səidəyə evinə yad kişilər gətirməsi ilə bağlı irad bildirib.  

Bu zaman Bəşirin yüksək səslə nalayiq ifadələr işlətməsinə irad bildirən Eldara zorakılıq göstərib. Sonra yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurub, kəlbətinlə üz nahiyəsinə zərbələr endirib.  

İstintaq orqanı tərəfindən Bəşirin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə etdiyi əşya ilə xuliqanlıq əməli törətmək) maddəsi ilə ittiham elan edilib. Cinayət işi araşdırılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş hakim Tərlan Əkbərovun icraatında araşdırılıb.  
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Bəşir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.  

O bildirib ki, Eldar və Səidə qonşularıdır:  

“Aramızda düşmənçilik olmayıb. Yanvarın 26-da Türkan qəsəbəsində küçədə Səidə ilə aramızda mübahisə düşdü. Həmin vaxt Səidəyə irad tutdum ki, söz gəzir, evinə yad kişilər gəlir. Dedim ki, ailə-uşaq var, belə etmə. Həmin səbəbdən Səidə ilə  mübahisə etdik. Səidə qışqıraraq ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Mən də ona sakit olmasını dedim.  
Bu zaman səs-küyə digər qonşu Eldar kişi çıxdı və nə üçün səs-küy saldığımı deyərək irad bildirdi. Aramızda münaqişə başladı. Onların hər ikisini də vurdum. Eldar da məni vurdu. Hadisə vaxtı Eldarı kəlbətinlə vurmamışam”. 

Zərərçəkmiş Eldarın sözlərinə görə, yanvarın 26-da yaşadığı evin həyətində olarkən küçədə qonşusu Bəşirin qışqıra-qışqıra nalayiq söyüşlər söydüyünü eşidib:  

“Küçəyə çıxanda gördüm ki, Bəşir qonşumuz Səidənin ünvanına nalayiq söyüşlər söyür. Bəşirə irad tutdim və dedim ki, evdə ailəm, nəvələrim var, nəyə görə söyüş söyürsən? Bu vaxt Bəşir məni nalayiq ifadələrlə təhqir etdi və səbəbsiz olaraq gözlənilmədən üzərimə hücum etdi.  
Əlindəki kəlbətinlə və yumruq-təpiklərlə bədənimin müxtəlif nahiyələrinə vurdu. Bu zaman yerə yıxıldım. Yerdə olanda da məni təpiklədi. Səidə Bəşiri sakitləşdirməyə çalışdı. Lakin Bəşir sakitləşmədi. Məni al-qana boyayaraq oradan getdi”. 

Zərərçəkmiş deyib ki, Bəşir gedəndən sonra Türkan qəsəbəsində yerləşən xəstəxanaya müraciət edib, həmçinin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq döyüldüyünü deyib.  

İş üzrə adı hallanan Səidə cinayət işi üzrə şahid qismində ifadə verib. O bildirib ki, qonşusu Bəşir onu daim incidir və mübahisə edir:  

“Hər dəfə spirtli içki içərək onun yanına gəlib və əxlaqsızlıqda ittiham edib. Mənə deyir ki, sən evə kişi salırsan. Ona etiraz edərək, bunun doğru olmadığını demişəm”.  

Səidənin sözlərinə görə, sonuncu dəfə Bəşirlə bu məsələ üstündə mübahisə edib və mübahisə zamanı səs-küy yaranıb. O, qeyd edib ki, səs-küyə gələn digər qonşusu Eldar Bəşirə irad bildirib və bundan sonra məlum hadisə baş verib.  
Məhkəmənin hökmü ilə Bəşir 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum eidilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO