Heyvana işgəncə verən şəxslər HƏBS EDİLDİ

Heyvana işgəncə verən şəxslər HƏBS EDİLDİ

Hazırda oxunan: Heyvana işgəncə verən şəxslər HƏBS EDİLDİ

85601

Heyvana işgəncə verən şəxslər 30 sutka həbs edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya bildirilib ki, ötən gün vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.

Görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.
 

MÖVZU İLƏ BAĞLI:

DİN: Heyvanın döyülməsi ilə bağlı araşdırma başlayıb - VİDEO


Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub.

Həmin şəxslər saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etmədiklərinə və xuliqanlıq hərəkətlərinə yol verdiklərin görə C.Bayramov və K.Dünyamalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə əsasən protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada 30 sutka həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO