Yeni doğulan körpənin gizlədilməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Yeni doğulan körpənin gizlədilməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Yeni doğulan körpənin gizlədilməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

85562

Bakıda həkim səhlənkarlığı ucbatından ağır beyin travması ilə doğulan körpə barədə məlumat vermişdik. Ailə 26 gündür Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) doğulan və koma vəziyyətinə düşən körpədən xəbərsizdir. Iddialarına görə 1990-cı il təvəllüdlü Züleyxa Əkbərovanın iyunun 30-da dünyaya gətirdiyi körpə 6 saylı Doğum evinin ginekoloqu Nailə Şahbazovanın səhlənkarlığı və səriştəsizliyi uzündən ağır vəziyyətdədir.

Dediklərinə görə doğuş vaxtı başından ciddi travmalar alan körpənin öldüyü və ya sağ qaldığı barədə xəstəxanadan heç bir məlumat verilmir. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova sözügedən məsələ ilə bağlı sorğumuzu cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

6 saylı Doğum Evində DƏHŞƏT - Yeni doğulan körpə 26 gündür niyə GİZLƏDİLİR?


TƏBİB rəsmisi bildirib ki, sözügedən körpə 26 günlükdür və hazırda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) intensiv terapiya və reanimasiya şöbəsində nəzarət altındadır:

“Vəziyyəti ağır olaraq qiymətlədirlir. Doğum taktikasının təhlil edilməsi məqsədilə komissiyaya müraciət olunub. Uşaq nəzarətdədir. Bütün zəruri, tibbi yardım və müayinələr təmin olunub”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO