Orta ixtisas təhsil müəssisələrində köçürülmə qaydaları kimlərə şamil olunur?

Orta ixtisas təhsil müəssisələrində köçürülmə qaydaları kimlərə şamil olunur?

Hazırda oxunan: Orta ixtisas təhsil müəssisələrində köçürülmə qaydaları kimlərə şamil olunur?

85548

Orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən yaradılmış transfer.edu.az elektron portalı vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 

Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanın bütün orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla), habelə akkreditasiyalı xarici orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə şamil edilir. 

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunmuş tələbələrin birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələrin isə üçüncü semestr başa çatdıqdan sonra mövcud qaydalara əsasən, ixtisasını və ya təhsilalma formasını dəyişmək, bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülmək hüququ var. 
Bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülən və ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO