Xəbər verdiyimiz kimi, AzTV-nin iyulun 25-də Azərbaycan Milli Elmlər Akademiyasından hazırladığı reportaj geniş müzakirələrə səbəb olub.
Belə ki, kanalın müxbiri dünən 18:00-da AMEA-nın qarşısında olduğunu, lakin Akademiyanın heç bir işçisinin orada olmadığını qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
“AMEA boş çoxluğa bərabərdir” - AzTV-dən sərt tənqid - VİDEO
Lakin AMEA-nın Elmi Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev öz sosial şəbəkə hesabından etdiyi paylaşımda AzTV müxbirinin heç də deyilən saatda orada olmadığını sübut edib. Dosent 17:59-da Akademiyanı tərk etdiyini qeyd edib və ərazini lentə alan təhlükəsizlik kamerasının görüntülərini paylaşıb.
Zaur Əliyev həmçinin saat 17:43-dən 18:21-ə qədər olan müddətdə çəkilən görüntüləri izləyicilərilə bölüşüb. Görüntülərdən də aydın olur ki, həmin zaman dilimində AMEA-nın qarşısında hər hansı çəkiliş qrupu olmayıb.
Sözügedən fotoları təqdim edirik:
Murad Əhmədov, Bizim.Media