Sabah 37 dərəcə isti olacaq - PROQNOZ 

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ 

Hazırda oxunan: Sabah 37 dərəcə isti olacaq - PROQNOZ 

85497

Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraiti əsasən yağmursuz keçəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, gündüz havanın arabir tutulacağı gözlənilir. 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq. 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO