Qaynatasıgilə qonaq gəldi, 4 nəfəri bıçaqladı - TƏFƏRRÜAT - FOTO

Qaynatasıgilə qonaq gəldi, 4 nəfəri bıçaqladı - TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Qaynatasıgilə qonaq gəldi, 4 nəfəri bıçaqladı - TƏFƏRRÜAT - FOTO

85483

Gecə saatlarında Xaçmazın Niyazabad kəndində dörd ailə üzvünün bıçaqlanmasının bəzi təfərrüatı məlum olub.

Bizim.Media-nın yerli sakinlərdən əldə etdiyi məlumata görə, Qubanın Dağlı kənd sakini Niyaməddin Qədirov həyat yoldaşı Ülviyyə Qədirova ilə Xaçmazın Niyazabad kəndində yaşayan qaynatası Teymurgilə gəlib.

Həyətdə yeyib içəndən sonra Niyaməddin Qədirovla ailənin mübahisəsi düşüb. Əlinə bıçaq alan qonaq kürəkən bıçaqla həyat yoldaşı, 32 yaşlı Ülviyyə Qədirovaya, qaynanası, 57 yaşlı Zəkiyəyə, baldızı, 24 yaşlı Röyaya və qaynı, 25 yaşlı Elçin Nuriyevə xəsarət yetirib.

Dərhal təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılan yaralılara ilk tibbi yardım göstərilib.

Niyaməddin Qədirovun həyat yoldaşı Ülviyyə və baldızı Röya təcili olaraq əməliyyat olunublar, hazırda onlar cərrahiyyə şöbəsində müalicə olunurlar.

Kürəkənin bıçaqladığı qaynana Zəkiyənin  və qaynı Elçinin isə vəziyyətləri nisbətən sabit olduğundan hazırda müalicə alırlar. Bu barədə məlumatı Xaçmaz rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rəhimə Şirinova Bizim.Media-ya təsdiqləyib.

Hadisəni törədən Niyaməddin Qədirov isə artıq tutularaq rayon prokurorluğunda istintaqa cəlb edilib. Onun hadisəni sərxoş halda törətdigi deyilir. Qaynatasıgilə qonaq gələn Niyaməddinin spirtli içki içməsi ailənin 4 üzvünü xəstəxanalıq, özünü isə həbsxanalıq edib.

Onun yaraladığı həyat yoldaşı Ülviyyə ilə 2 oğul ,bir qız övladı var.

Hadisənin tam təfərrüatı Xaçmaz rayon prokurorluğunda Niyaməddin Qədirov barəsində açılan cinayət işinin istintaqı zamanı məlum olacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO