Bu şəxslər üçün G-4 və G-6 qaz sayğacları ödənişsiz olacaq

Bu şəxslər üçün G-4 və G-6 qaz sayğacları ödənişsiz olacaq

Hazırda oxunan: Bu şəxslər üçün G-4 və G-6 qaz sayğacları ödənişsiz olacaq

85377

Fərdi qazlaşdırmanı həyata keçirən zaman abonentlər G-4 və G-6 sayğaclarla ödənişsiz təmin olunacaqlar. 

Bizim.Media xəbər verir ki, bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Facebook” hesabı vasitəsilə G-6 markalı məişət tipli qaz sayğacı haqqında ünvanlanan suala aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, bununla bağlı müvafiq qaydalarda dəyişikliklər olunub və bu qaydalar artıq Nazirlər Kabinetində baxılmaqdadır. 

“Bildiyiniz kimi, “Azəriqaz” İB-də fərdi qazlaşdırmanı həyata keçirən xüsusi lisenziyalı təşkilatlarıdır və bu təşkilatların artıq müqavilələrində dəyişikliklərə başlanılıb ki, onlara həm G-4, həm də G-6 sayğaclar ödənişsiz veriləcək.
Bu yalnız məişət tipli abonentlərə aiddir. Ona görə, müqavilələr bağlandıqca bu lisenziyalı təşkilatlardan fərdi qazlaşma həyata keçirilən zaman məişət abonentləri sayğacın ödənişsiz olduğunu tələb edə bilər”, - Ruslan Əliyev qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO