Qarabağda 8 min hektara yaxın ərazi yanıb – RƏSMİ

Qarabağda 8 min hektara yaxın ərazi yanıb – RƏSMİ

Hazırda oxunan: Qarabağda 8 min hektara yaxın ərazi yanıb – RƏSMİ

85317

Fövqəladə Hallar Nazirliyi (FHN) Xocavənd, Füzuli və Cəbrayılda nə qədər ərazinin yandığı barədə məlumat yayıb.

FHN-dən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğınlardan mühafizə olunub. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğınlar nəticəsində ümumilikdə 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO