Bu gün təyin olunan yeni icra başçıları kimlərdir? – DOSYE  

Bu gün təyin olunan yeni icra başçıları kimlərdir? – DOSYE  

Hazırda oxunan: Bu gün təyin olunan yeni icra başçıları kimlərdir? – DOSYE  

85314

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Bizim.Media-nın araşdımasına görə, E. Paşayev 2000-ci ildə Bakı Dövlət Universtitetinin Regionşünaslıq fakultəsinin bakalavr dərəcəsini, 2007-ci ildə Regionşünaslıq fakultəsinin magistr dərəcəsini, 2009-cu ildə isə Dövlət İqtisad Universtitetinin maliyyə-kredit fakultəsini bitirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Göygölə yeni icra başçısı təyin edildi - SƏRƏNCAM


E.Paşayev əvvəlki dövrlərdə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir. 

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin rəisi və aparat rəhbərinin müavini vəzifələrini icra edib. 

Prezident İlham Əliyev iyunun 23-də imzaladığı "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncama əsasən Elvin Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 

Prezidentin digər sərəncamıyla isə Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Lerikə yeni icra başçısı təyin edildi


Əkbər Abbasov daha əvvəl Kənd Təsərrüfatı Nazriliyinin nəzdində Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini, daha sonra isə direktoru vəzifəsində çalışıb. Eyni zamanda onun adına 2004-2005-ci illər üçün Prezident təqaüdçülərinin sırasında da rast gəlmək mümkündür. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO