Şəhid ailələrinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi verildi

Şəhid ailələrinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi verildi

Hazırda oxunan: Şəhid ailələrinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi verildi

8511

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun rəhbər şəxsləri tərəfindən şəhid ailələri ilə görüşlər davam edir. 

Bizim.Media xəbər verir ki, bu dəfə Fondun sədr müavini Səfər Mehdiyev Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan Eynulla Lətifovun (Quba rayonu, İkinci Nügədi kəndi), Rəşad Səfərəliyevin (Xaçmaz şəhəri) və Ağaəli Ağayevin (Siyəzən rayonu, Balaca Həmyə kəndi) ailələrində olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Əlavələr təqaüdlərlə birlikdə veriləcək” - ƏƏSMN


Görüşlər zamanı ailələrin sosial vəziyyəti öyrənilib. Onlara şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib.

Hər üç şəhidin ailələrinə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğu bildirilib. Şəhid ailələrinin həmçinin aktiv məşğulluq proqramlarına cəlb olunması işlərinin də aparıldığı qeyd olunub.

S.Mehdiyev ailələrə təqaüd kartını və “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağını vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO