Nazirlər Kabineti sabah mühüm qərar verəcək

Nazirlər Kabineti sabah mühüm qərar verəcək

Hazırda oxunan: Nazirlər Kabineti sabah mühüm qərar verəcək

85096
Azərbaycan Nazirlər Kabinetinin dövlət qurumlarının təklifləri əsasında Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı qərarının açıqlanacağı tarix məlum olub.

Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov Report-a açıqlamasında deyib ki, təkliflərə baxılması yekunlaşıb: "Bununla bağlı müvafiq qərar iyulun 10-da açıqlanacaq".

Qeyd edək ki, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi, "Azəryolservis" ASC Nazirlər Kabinetinə Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı təkliflər göndəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO