Kafedə narkotik gizlədən şəxs saxlanıldı - FOTO

Kafedə narkotik gizlədən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Kafedə narkotik gizlədən şəxs saxlanıldı - FOTO

85094

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Nurlan Muradov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.

N.Muradova məxsus rayonun Qandax kəndində yerləşən kafeyə baxış keçirilən zaman isə oradan yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO