Goranboyda 45 yaşlı qadın bir neçə nəfər tərəfindən döyülüb.
Bizim.Media-nın məlumatına görə, hadisə rayonun Qaraçinar kəndində baş verib.
1977-ci il təvəllüdlü kənd sakini Səyyarə Cəfərova mübahisə və münaqişə zəminində tanıdığı şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri alıb.
Yaralı qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu