XİN və ADA Universiteti “Diplomatiya Həftəsi” keçirdi - FOTO

XİN və ADA Universiteti “Diplomatiya Həftəsi” keçirdi - FOTO

Hazırda oxunan: XİN və ADA Universiteti “Diplomatiya Həftəsi” keçirdi - FOTO

84994

Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən elan olunmuş “Şuşa İli” çərçivəsində Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin təşkilatçılığı ilə növbəti “Diplomatiya Həftəsi” baş tutub.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, “Post-münaqişə dövründə Azərbaycanın sülh və quruculuq səyləri” mövzusuna həsr olunan Həftə çərçivəsində Azərbaycan gənclərinin münaqişədən sonrakı mərhələdə bölgədə yaranmış yeni reallıqlar, müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi, media və s. sahələrdə sülh quruculuğu istiqamətində atılan addımlarla bağlı məlumatlılığının artırılması məqsədi ilə dövlət rəsmiləri ilə görüşləri, habelə aidiyyəti qurumlara səfərləri təşkil edilib.

Həftə çərçivəsində açılış sessiyasında iştirakçılar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev ilə görüşüblər.

"Diplomatiya Həftəsi"nin ilk günündə iştirakçıların, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşü baş tutub.

Növbəti günlərdə "Diplomatiya Həftəsi" iştirakçılarının Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub, səfər çərçivəsində onların Vətən müharibəsi qəhrəmanları, o cümlədən Müdafiə Nazirliyi rəsmiləri ilə görüşü baş tutub.

İştirakçıların, həmçinin XİN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərsu” ASC, “Azərişıq” ASC-nin rəsmiləri ilə görüşləri, Milli Məclisə səfəri və millət vəkili ilə görüşü, “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə səfər və sədr ilə görüşü böyük marağa səbəb olub.

"Diplomatiya Həftəsi"nin maraqlı sessiyalarından biri, 9 iyul 2022-ci il tarixində iştirakçıların Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin Şuşa şəhərində keçirilən müşavirəsinin işinə qoşulması olub.

Gənc diplomatiya könüllüləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər edərək, bu ərazilərdə aparılan quruculuq işləri ilə yerindəcə tanış olmaqla yanaşı, Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə ünsiyyət qurmaq imkanını əldə ediblər.
22 iyul 2022-ci il tarixində "Diplomatiya Həftəsi"nin bağlanış mərasimi keçirilib. Bağlanış sessiyasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov bu kimi tədbirlərin gənclərin məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.

Ceyhun Bayramov, həmçinin bu yaxınlarda Dövlət İmtahan Mərkəzi ilə keçirilən XİN-də işə qəbul imtahanının nəticələrini gənclərlə bölüşüb və tezliklə bir sıra gənclərin XİN-in diplomatları sırasına qoşulacağını məmnunluqla qeyd edib.

Daha sonra "Diplomatiya Həftəsi" iştirakçılarına xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tərəfindən sertifikatlar təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO