DİM abituriyenti universitetdən niyə kənarda saxladı? – Elçin Əfəndi DETALLARI AÇIQLADI

DİM abituriyenti universitetdən niyə kənarda saxladı? – Elçin Əfəndi DETALLARI AÇIQLADI

Hazırda oxunan: DİM abituriyenti universitetdən niyə kənarda saxladı? – Elçin Əfəndi DETALLARI AÇIQLADI

84950

Dövlət İmtahan Mərkəzindən iyulun 21-də verilən açıqlamaya görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci cəhdində qayda pozan, o cümlədən üzərində mobil telefon aşkarlanan abituriyentin birinci cəhd imtahanında topladığı nəticəsi də ləğv olunur.

Bu isə cəmiyyət tərəfindən heç də müsbət qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçilərinin rəyləri Mərkəzin bu qərarının ədalətsizlik olduğu yönündədir.

Çünki abituriyentin ilk cəhd imtahanından heç bir pozuntusu aşkar olunmayıbsa, o, nə üçün cəzalandırılmalıdır?
 

MÖVZU İLƏ BAĞLI:

Universitetlər tələbəni necə TƏLƏYƏ salır? – Maraqlı TƏZAD


Təhsil eksperti Elçin ƏfəndiBizim.Media-ya açıqlamasında 2-ci imtahandakı pozuntuya görə ilk cəhdin nəticələrinin ləğv olunmasında ədalətsizliyin ola biləcəyini qeyd edib:

“Ümumilikdə, qaydaları pozanların cəzalandırılmasını ədalətsizlik hesab etmirəm. Çünki imtahanlarda abituriyentlər öz bilik və bacarıqlarına görə qiymətləndirmə aparılır. Gələcəkdə ixtisaslı kadrların hazırlanması üçün qəbul imtahanları aparılır. Biz əgər bu mərhələdə müəyyən qeyri-leqal yollara əl atırıqsa, bunun gələcək üçün hansı fəsadlara yol açacağını da görmək elə də çətin deyil.

2-ci imtahandakı pozuntuya görə birinci imtahanın nəticəsinin ləğv olunmasını isə müəyyən mənada ədalətsizlik hesab oluna bilər. Lakin bunun edilməsi də abituriyentlər üçün örnək olur. Çünki həmin abituriyentlər artıq özləri də bilirlər ki, ilk imtahanın nəticələri də ləğv olunur.
Bu da digər imtahanlarda oxşar pozuntuya cəhd edənlərin sayının azalmasına təsir edir. Düşünürəm ki, buna ədalətsizlik kimi yanaşsaq da, ümumi prosedura sözün həqiqi mənasında ciddi təsir etmir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO