Özünüməşğulluq proqramına cəlb olunan müharibə əlillərinin SAYI

Özünüməşğulluq proqramına cəlb olunan müharibə əlillərinin SAYI

Hazırda oxunan: Özünüməşğulluq proqramına cəlb olunan müharibə əlillərinin SAYI

84919

Postmüharibə dövründə 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib, onların aktiv məşğulluq imkanları qiymətləndirilib. Həmin görüşlərin nəticəsi olaraq 8 minədək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib, onlar üçün kiçik ailə təsərrüfatları qurulub. 

Bizim.Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kütləvi-informasiya vasitələrinə verdiyi müsahibədə bildirib. 

Nazir qeyd edib ki, kənd təsərrüfatı, xidmət, istehsalat və s. sahələri əhatə edən özünüməşğulluq proqramı bu il də davam etdiriləcək.

Bu sahədə müvafiq qurumlarla əməkdaşlıq və aktiv məşğulluq proqramları çərçivəsində 5400 şəxsin daimi işlə təminatına da nail olunub. 

“Məşğulluq marafonu”nun əhəmiyyətini vurğulayan S.Babayev 600-dan çox şirkətin vakansiya təqdim etdiyini, 2500 şəxsin özəl şirkətlər tərəfindən işlə təmin olunduğunu diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO