Bakıda “xatirə lövhələri” XAOSU – Bununla hansı qurum məşğul olmalıdır? - FOTOFAKT

Bakıda “xatirə lövhələri” XAOSU – Bununla hansı qurum məşğul olmalıdır? - FOTOFAKT

Hazırda oxunan: Bakıda “xatirə lövhələri” XAOSU – Bununla hansı qurum məşğul olmalıdır? - FOTOFAKT

84917

Xatirə lövhəsi şəhərsalmada heykəltaraşlığın ayrıca bir qoludur. Bu qolun 100 ildən bir az artıq yaşı var. Monumental heykəllər, abidə kompleksləri və ən sonda xatirə lövhələri meydana gəldi.

Xatirə lövhələri əsasən binaların qarşısında, daha dəqiq desək giriş qapılarına yaxın bir yerdə asılır. Hazırda digər mərkəzi şəhərlərimzlə yanaşı paytaxtımızda da bir çox binaların fasadın xatirə lövhələri asılıb.

Sovetlər dövrünün dəbi olan xatirə lövhələri indiki zəmanəmizdə də yaşadılır.

Əfsuslar olsun ki, keçmişimizə və dəyərlərimizə ehtiram nümunəsi olan xatirə lövhələri bu gün ağrılı dövrünü yaşayır. Bu sahəyə laqeyid bir baxış var indi. Son vaxtlar asılan xatirə lövhələrində heç bir prinsip gözlənilir.
Birində soyad əvvəldə, şəxs adı sonda, digərində isə tam tərsinə yazılıb. Çoxunda doğum və ölüm tarixləri və bu binada yaşadıqları tarix qeyd olunmayıb. Eyni diqqətsizlik rütbələrlə bağlı da məsələ də nəzərə çarpır.

Bəzi lövhələrdə qramatik səhvlər var. Məsələn mədəniyyətimizin sərkərdəsi Üzeyir bəy Hacıbəylinin kiril əlifbası(?) ilə yazılmış xatirə lövhəsində “evdə” əvəzinə “evda” və üç durğu işarəsi səhvi var.
Bu cür diqqətsizlik və yanlışlıq ümumiyyətlə, Üzeyir bəyin adına, şəxsiyyətinə, xidmətlərinə layiq deyil. 

Bəzi xatirə lövhəsi isə 50 il bundan qabaq rus dilində yazılmış vəziyyətdə qalıb. Bakının beynəlxalq turizm mərkəzlərindən birinə çevrildiyini nəzərə alsaq xatirə lövhələri mətnlərinin Azərbaycan və ingilis dillərində tərtibi daha məqsədəuyğun olardı. Üstəlik, xatirə lövhələri latın əlifbasında və səliqəli şəkildə tərtib olunmalıdır.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən memar Cahid Həsənov xatirə lövhələrinin bəlkədə 5-10 ildir ki, təmizlənmədiyini bildirdi.

O, əlavə etdi ki, “bu da şəhərimizin ümumi estetikasını pozur. Tunc və mərmər materiallarını təmizləmə üçün xüsusi naddələr var. Bunun vasitəsi ilə həmin lövhələri hər zaman səliqədə saxlamaq olar.
Dəfələrlə rastlaşmışam ki, bəzi xatirə lövhələri hələ də kril əlifbasıyla qalıb.30 ildir ki, biz latın qrafikasına keçmişik. Orta və gənc nəsl kril əlifbasın yaxşı bilmir. Bu həm dilimizə hörmətsizlikdir, həm də bu “Reklam haqqında” qanunun tələblərinin pozulması deməkdir”.

Surxay Atakişiyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO