İqlim dəyişmələri üzrə Milli məlumat bazası yaradılacaq

İqlim dəyişmələri üzrə Milli məlumat bazası yaradılacaq

Hazırda oxunan: İqlim dəyişmələri üzrə Milli məlumat bazası yaradılacaq

84912

Azərbaycanda iqlim dəyişmələri üzrə Milli məlumat bazası yaradılacaq. 

Bizim.Media xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb. 

Sənəddə bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) müvafiq qurumlarla birlikdə 2026-cı ilədək iqlim dəyişmələri üzrə Milli məlumat bazasının istifadəyə verilməsini təmin etməlidir. 
Nazirliyə 2022-2024-cü illər ərzində “Aşağıkarbonlu inkişaf üzrə Dövlət Proqramı”nın hazırlanması da tapşırılıb. 

ETSN eyni zamanda 2022-2026-cı illər ərzində İqlim dəyişmələrinin təsirlərinə daha həssas sektorlar üzrə Milli Adaptasiya Planının hazırlanmasını və İqlim dəyişmələrinə həssas sektorlar üzrə Milli Adaptasiya Planının təsdiq olunmuş mərhələlərinə uyğun icrasını təmin etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO