Gəncədə

Gəncədə "22 İyul - Milli Mətbuat Günü" qeyd olundu

Hazırda oxunan: Gəncədə "22 İyul - Milli Mətbuat Günü" qeyd olundu

84860

Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar “Müstəqil Azərbaycan mətbuatı” mövzusunda tədbir keçirilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, media nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.  

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

O da qeyd olunub ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, fasiləsiz davam edən informasiya müharibəsində öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər.
Tədbirdə musiqi nömrələri səslənib.  

Sonda Gəncə şəhərinin ictimai-siyasi həyatında baş verən hadisələrin dəqiq, operativ və qərəzsiz işıqlandırılmasındakı səmərəli fəaliyyətlərinə görə Gəncə şəhərində fəaliyyət göstərən media işçiləri "Milli Mətbuat Günü" münasibətilə təltif olunublar.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO