Bakı Slavyan Universiteti yeni əməkdaşlığa imza atıb

Bakı Slavyan Universiteti yeni əməkdaşlığa imza atıb

Hazırda oxunan: Bakı Slavyan Universiteti yeni əməkdaşlığa imza atıb

84786

Moderator.az-ın verdiyi xəbər görə, Rusiya Federasiyasının prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Volqaqrad filialının direktoru Tyumençev İqor Aleqoviçin başçılıq etdiyi nümayəndə heyəti Bakı Slavyan Uiversitetində qonaq olub. Görüş zamanı qonaqlara BSU-nun yaranma tarixi və fəaliyyəti barədə söhbət açan rektor, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində mövcud olan mərkəzlər, fakültə və ixtisaslar, bu istiqamətdə kadr hazırlığı haqqında qonaqları məlumatlandırıb. Bildirilib ki, digər slavyan dilləri ilə yanaşı, BSU-da rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə və başqa sahələr üzrə mütəxəssis hazırlanır, rusistikaya aid fundamental elmi tədqiqatlar aparılır. BSU-nun Azərbaycanda rus dili və ədəbiyyatı üzrə tədris və elmi araşdırmaların mərkəzi olduğunu deyən Asif Hacıyev “Azərbaycanda rus dili və ədəbiyyatı”x9d jurnalının fəaliyyətindən danışıb. 200 ildən çox İsmayıllı rayonunun İvanovka kəndində kompakt şəkildə yaşayan molokan icması barədə söhbət açan rektor qeyd edib ki, onlar bu gün də öz mədəniyyət və adətlərini, kolorit və folklorlarını qoruyub saxlayıblar. BSU-nun müəllim və tələbələri mütəmadi olaraq İvanovka kəndində folklor təcrübəsində olur, toplanmış folklor nümunələri kitab halında çapa hazırlanır.

Görüşün müsbət nəticəsi olaraq Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası və Bakı Slavyan Universiteti arasında əməkdaşlıq barədə saziş imzalanıb. BSU-nun yüksək səviyyədə inkişafından razı qalan qonaqlar müqavilənin hər iki tərəf üçün gələcəkdə əhəmiyyətli olacağını vurğulayıblar. Qeyd edək ki, imzalanmış müqavilədə birgə elmi araşdırılmaların aparılması, elmi tədbirlərin ”“ konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-metodiki ədəbiyyatla qarşılıqlı təmin olunması, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.

BSU ilə tanışlıq zamanı qonaqlar burada fəaliyyət göstərən Rusiya tədris və mədəniyyət, o cümlədən Sankt-Peterburq şəhərinin, Belarus, Polşa və digər slavyan dövlətlərinin mərkəzlərində olublar. Moskva meriyasının dəstəyi ilə universitetdə yaradılan Moskva Mərkəzi və rus dilində ədəbiyyatdan ibarət geniş kitabxana nümayəndə heyətinin üzvlərində böyük marağa səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO