Xamanei QARIŞDIRIR – “Təəssüf ki, İranda hər şey belə tərs anlaşılır” – Fazil Mustafa

Xamanei QARIŞDIRIR – “Təəssüf ki, İranda hər şey belə tərs anlaşılır” – Fazil Mustafa

Hazırda oxunan: Xamanei QARIŞDIRIR – “Təəssüf ki, İranda hər şey belə tərs anlaşılır” – Fazil Mustafa

84773

İranın Ali Dini Lideri Seyid Əli Xamaneinin “Twitter”də qəribə paylaşım edib. Paylaşımda deyilir: “Qarabağın Azərbaycana geri dönüşündən çox məmnunuq. Əlbəttə (işin içində) İran-Ermənistan sərhədini bağlamaq siyasəti varsa İslam Cümhuriyyəti buna qarşı çıxacaqdır. Çünki, bu sərhəd min illik əlaqə yoludur”.

Ölkənin ali dini lideri bu paylaşımı ilə onu da göstərir ki, İran üzdə Azərbaycana din qardaşı və dost ölkə desə də, reallıqda Ermənistana böyük qardaşlıq etməkdə daha çox maraqlıdır. 

Bundan əlavə bu paylaşım Xamaneinin siyasi səbatsızlığını göstərir. Çünki, Azərbaycan bu vaxtadək Zəngəzur dəhlizini İranın üzünə bağlayacağı ilə bağlı heç bir bəyanat verməyib. Burda söhbət Azərbaycanla-Naxçıvan arasında Qərbi Zəngəzurdan keçən nəqliyyat dəhlizindən gedir. Rəsmi Bakı sadəcə dəhliz tələb edir. Bu tələbin İran tərəfindən narahatçılıqla qarşılanması isə artıq başqa mətləblərdən xəbər verir.

Paylaşımda diqqət çəkən digər məqam mətnin Anadolu türkcəsi ilə yazılmasıdır. Xamaneinin azərbaycanlı olduğunu hər kəs bilir. Elə isə bu adam niyə Anadolu türkcəsi ilə yazır? Bunun da iki səbəbi ola bilər.

Birincisi, İran dini lideri sağı göstərib solu vurur. Yəni sözü Azərbaycana ünvanlasa da Türkiyəyə mesaj verir.

İkincisi isə odur ki, Xamanei Azərbaycanca danışmağı özünə həqarət bilir. Bu belədirsə, yazıqlar olsun.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Fazil Mustafa bu məsələdə Xamenei Ermənistanın sözçüsü kimi fikir söyləyib:
 

MÖVZU İLƏ BAĞLI:

İranda Xameneiyə qarşı şüarlar SƏSLƏNDİRİLDİ 


“Çünki bu, Ermənistanın mövqeyidir və onun dilindən də dəfələrlə səslənib. Əslinə qalsa, İran kimi qosqoca bir dövlət kiçik bir Ermənistanın mövqeyinin ifadəsi kimi çıxış etməməlidir, çünki Azərbaycan İranla normal münasibətləri olan, qonşuluq münasibətlərini inkişaf etdirməyə çalışan bir dövlətdir və gərək, İran bu mövzulara, ümumiyyətlə, qarışmasın. Çünki bizim hər hansı bir şəkildə açdığımız yolun İrana heç bir ziyanı yoxdur, əksinə, İran da bundan faydalana biləcək. Sadəcə Ermənistanın xoşuna gəlmək üçün Xamanei belə bir ifadə səsləndiribdir”.

Fazil Mustafa əlavə edib ki, “Siz özünüz fikirləşin ki, bu bəyanat İranda bu kimi məsələlərin, ümumiyyətlə, doğru anlaşılmadığını göstərir.

Çünki belə bir dövlətin rəhbərinin bütövlükdə müsəlmanların marağını bir tərəfə qoyub 3 milyon erməninin marağını müdafiə etməsi, onun mövqeyindən çıxış etməsi, onun maraqlarının təmsilçisi kimi fikri bildirməsi çox üzücüdür. Ona görə ki, Azərbaycan bütün hallarda qonşularla münasibətə çox böyük önəm verir və İran da Azərbaycanla münasibətdən ancaq yaxşı mənada faydalana bilər, eləcə də Azərbaycanın İranın əleyhinə hər hansı bir mövqeyi yoxdur”.

BQP sədri onu da vurğulayıb ki, bu açıqlama çox üzücüdür:

“Çünki bunu sıradan bir siyasətçi desəydi, üstündən keçmək olardı, amma İranın Ali Dini Liderinin məhz azərbaycanlıları, müsəlmanları qoyub ermənilərin mövqeyini ifadə etməsi həqiqətən də İslama və müsəlmanlara qarşı olan münasibətin sağlam olmadığını göstərir. Ümid edək ki, bu səhvi davam etdirməzlər və Azərbaycanla daha yaxşı dostluq münasibətlərinə üstünlük verərlər. Çünki bütün hallarda Zəngəzur dəhlizi bizim hədəflərimizdən biridir və üçtərəfli bəyanatda nəzərdə tutulan addımdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO