“Yevlax-Şəki-Balakən” magistral kəmərində qaz sızması baş verib – RƏSMİ  

“Yevlax-Şəki-Balakən” magistral kəmərində qaz sızması baş verib – RƏSMİ  

Hazırda oxunan: “Yevlax-Şəki-Balakən” magistral kəmərində qaz sızması baş verib – RƏSMİ  

84711

“Yevlax-Şəki-Balakən” magistral qaz kəmərində yüksək riskli qaz sızması baş verib.  

Bu barədə Bizim.Media-ya "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində baş vermiş yüksək riskli qaz sızmasının ləğvi ilə bağlı təcili və təxirəsalınmaz təmir-bərpa işlərinin aparılması məqsədilə bu gündən təmir işləri başa çatanadək “Oğuz” QPS-dən qidalanan “Turan qəsəbəsi” ölçü qovşağından və “Yaqublu” QPS-dən qidalanan “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. 

Təmir müddətində Oğuz rayonunun tam olaraq, Şəki rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. 

Təmir işlərinin gedişatından asılı olaraq Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında da məhdudiyyətin yaranma ehtimalı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO