İyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub. Nəticədə piyada ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
Mənbə qeyd edir ki, daha sonra avtomobil aşıb. Sürücü hadisə yerini tərk edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb. Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:39 / 21.07.2022
Beyləqanda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçdı
Hazırda oxunan: Beyləqanda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçdı
Hazırda oxunan: Beyləqanda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçdı
84703
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.