Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Şakir Cəfərov həyat yoldaşı, 32 yaşlı Səkinəni qətlə yetirib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 1-də baş verib.
Şakir həmin gün gecə saat 02 radələrində sərxoş vəziyyətdə ailə üzvləri ilə birlikdə yaşadığı Şamaxı şəhəri, Salman Mümtaz küçəsi, ev 50 ünvanına gəlib.
Şakir yaşadığı evin həyətinin giriş qapısını döysə də, qapını açan olmayıb. Hasardan həyətə düşdükdən sonra arvadı Səkinənin hamamdan çıxdığını görüb. O, arvadına qapını açmamasına görə iradını bildirib. Bu zaman Səkinə ona “görmürsən əlimdə işim var”, - deyə cavab verib.
Bundan əsəbiləşən Şakir arvadını öldürmək qərarına gəlib. O, bu məqsədlə ilk öncə evin giriş qapısının qarşısında, daha sonra isə evin qonaq otağında yumruq və şillə ilə arvadının sifət nahiyəsinə zərbələr vurub.
Bu zaman digər otaqdan səs-küyə həmin otağa gələn azyaşlı uşaqlarının üstünə qışqırıb və onları yenidən yataq otağına salıb. Yataq otaqlarına qayıdan azyaşlılar analarının döyülməsi nəticəsində əzab verici səsini eşidiblər.
Beləliklə, Şakir arvadını ölənə kimi döyüb. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. İstintaq orqanı tərəfindən Şakirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə ifadə verən Şakir elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə özünü günahkar sayır.
Şakirin sözlərinə görə, Səkinə ilə 2007-ci ildə ailə həyatı qurub: “Həmin evlilikdən iki qız və iki oğlan uşağımız var. Övladlarımdan ən böyüyünün 14, sonuncunun isə 5 yaşı var”.
Şakir bildirib ki, bundan əvvəl də bir neçə dəfə arvadı ilə mübahisəsi olub və onu bir neçə dəfə döyüb. Onun ifadəsinə görə, sonuncu dəfə evə gələndə yenə də arvadı ilə mübahisə edib və onu döyməyə başlayıb. O, həmçinin ifadəsində deyib ki, azyaşlı uşaqları ona analarını döyməməyi, səbrli olmasını deyiblər.
Şakirin ifadəsinə görə, arvadını döyəndən sonra hamısı yatıb:
“Səhər yuxudan oyananda arvadımın öldüyünü başa düşdüm. Uşaqlarıma dedim ki, paltarlarınızı geyinin, sizi babanızgilə aparıb. Onları babalarının evinə qoyandan sonra polisə getdim və təslim oldum”.
Şakir 18 il müddətinə azadlıqdan məhrum edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:48 / 21.07.2022
Şamaxıda kişi arvadını döyə-döyə ÖLDÜRDÜ - TƏFƏRRÜAT
Hazırda oxunan: Şamaxıda kişi arvadını döyə-döyə ÖLDÜRDÜ - TƏFƏRRÜAT
Hazırda oxunan: Şamaxıda kişi arvadını döyə-döyə ÖLDÜRDÜ - TƏFƏRRÜAT
84691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.