İctimai nəqliyyatda limitsiz kart TƏKLİFİ – Razi Nurullayev nə cavab verdi? 

İctimai nəqliyyatda limitsiz kart TƏKLİFİ – Razi Nurullayev nə cavab verdi? 

Hazırda oxunan: İctimai nəqliyyatda limitsiz kart TƏKLİFİ – Razi Nurullayev nə cavab verdi? 

84479

İctimai nəqliyyatda limitsiz kartların tətbiqi günümüzün reallığıdır. Dünyanın əksər ölkələrində bu xidmət növü çoxdan tətbiq edilib. Qonşu Rusiyada, qardaş Türkiyədə ictimai nəqliyyatda artıq neçə illərdir ki, limitsiz kartlar tətbiq edilir. Məsələn, qonşu Gürcüstanda da ictimai nəqliyyatda limitsiz kartlar tətbiq olunur.

Vətəndaş günlük, həftəlik, aylıq və hətta illik kartlar almaqla ictimai nəqliyyatdan limitsiz istifadə imkanı əldə edə bilir. 

Təsəvvür edin, 250 lari (144 manat) verirsiniz, il boyu bütün ictimai nəqliyyatlardan limitsiz istifadə edirsiniz. Üstəlib, Gürcüstanda tələbələr üçün də, imtiyazlı şəxslər üçün də bu sistemdə xüsusi endirimlər həyata keçirilir. Bu da bütün hallarda vətəndaş məmnunluğu yaradır. Üstəlik, bu sistemin bir çox iqtisadi və sosial səmərəsi var.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bir kart sistemini tətbiq etmək kimə sərf etmir? – Bütün gözlər vətəndaşın CİBİNDƏDİR


Birincisi, vətəndaş illik nəqliyyat xərclərinin maksimum məbləğini bilir.

İkincisi, vətəndaş sərnişindaşımaya birbaşa investisiya yatırır. 

Üçüncüsü, nağdsız hesablaşmanın coğrafiyası genişlənir.

Elə isə ölkəmizdə niyə limitsiz kart sistemi tətbiq edilmir?

Məsələyə münasibət bildirən Millət vəkili Razi Nurullayev bildirdi ki, hər bir cəmiyyətdə həssas bir sosial təbəqə olur:

“Bu təbəqəyə tələbələrdən tutmuş ahıllara və şəhid ailələrinə qədər bir çox insanlar daxildir. Çox təəssüf ki, bu təbəqədən olan insanlara bizim ictimai nəqliyyatda heç bir güzəşt nəzərdə tutulmayıb. Halbuki, bu sahədə bizim tarixi ənənələrimiz var”.

Millət vəkili onu da əlavə etdi ki, yaxşı olardı ki, sosial müdafiəsi zəif olan insanlara ictimai nəqliyyatda güzəştli və yaxud limitsiz kartlar təklif olunardı:

“Məsələn, şəhid ailələrinə, tələbələrə və yaxud pensiyaçılara güzəştli kartlar verilsə yaxşı olardı. Bu yoxdursa onda limitsiz kartları dövriyyəyə buraxmaq lazımdır.İnsanlar limitsiz kartlardan istifadə etməklə nəqliyyat xərclərinin limitini bilmiş olur”. 

Nurullayev bildirib ki, Azərbaycanda 20 ildir ki, kart sisteminin tətbiqi ilə bağlı iş aparılır. Amma ötən dövr ərzində bu məsələ bütünlüklə və keyfiyyətlə yerinə yetirilməyib:

“Bu gün də paytaxtımızda vahid kart sisteminə qoşulmayan avtomarşrutlar var. Təbii ki, bütün bunlar narahatlıq doğurur. İctimai nəqliyyatda nəyə görə bu qədər problemlər var, bunu anlamaq çətindir” - deyə Razi Nurullayev fikirlərini yekunlaşdırıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO