Sabah 42 dərəcə isti olacaq - PROQNOZ 

Sabah 42 dərəcə isti olacaq - PROQNOZ 

Hazırda oxunan: Sabah 42 dərəcə isti olacaq - PROQNOZ 

84422

İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq. Abşeron çimərliklərində şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur. 
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. 

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli qısamüddətli yağış yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO