7 kəndin su təminatı yaxşılaşdırılacaq

7 kəndin su təminatı yaxşılaşdırılacaq

Hazırda oxunan: 7 kəndin su təminatı yaxşılaşdırılacaq

84412

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin elan etdiyi 3 açıq tender yekunlaşıb. 

Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi Sumqayıt Melioservis İdarəsi, “Fərhad” MMC və "Hidroxüsusitikinti" QSC-dir. 

Tender tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədi ilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə) obyekti üzrədir.

Eləcə də, tender Qazax rayonunun Kəmərli kəndinin əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırlması tədbirləri üzrə, Öysüzlü kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəlal arxının yenidən qurulması üzrə tikinti işlərinin satınalınması ilə bağlıdır. 

Qalib şirkətlərə müvafiq olaraq 905,7 min manat, 2 milyon 129,1 min manat və 1 milyon 564,6 min manat, ümumilikdə isə 4 milyon 599,4 min manat ödəniləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO