Yaralı döyüş yoldaşını xilas edərkən şəhid olan Rəşidin xatirəsi əbədiləşdirildi - FOTO

Yaralı döyüş yoldaşını xilas edərkən şəhid olan Rəşidin xatirəsi əbədiləşdirildi - FOTO

Hazırda oxunan: Yaralı döyüş yoldaşını xilas edərkən şəhid olan Rəşidin xatirəsi əbədiləşdirildi - FOTO

84337

Xaçmaz rayonundan olan Vətən müharibəsi şəhidi Rəşid Mədinovun doğulduğu Yeni Həyat qəsəbəsində xatirə-bulaq kompleksinin açılışı olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon rəhbərliyinin, döyüşçü yoldaşlarının, şəhid ailələrinin və digər ictimaiyyət nümayəndələrinin qatıldığı açılış mərasimindən əvvəl Yeni Həyat qəsəbəsindəki qəbristanlıqda şəhid məzarları ziyarət edilib, xatirələri hörmətlə anılıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən müharibəsində Xocavənd, Suqovuşan və Füzuli uğrunda gedən döyüşlərdə fəal iştirak edən Rəşid Mədinovun 24 illik şərəfli həyatından ətraflı danışıb.
Bildirib ki ,səfərbərlik yolu ilə könüllü cəbhəyə yollanan topçu Rəşid Mədinov yaralı  döyüş yoldaşını atəş altından çıxararkən şəhid olub. 

Döyüşçü yoldaşları da Rəşidlə bağlı xatirələrini söyləyərək, xatirəsini ehtiramla anıblar. 
Rayon rəhbəri Elnur Rzayev şəhidlərin haqqının ödənilməz olduğunu deyərək, belə bir igid oğul böyütdükləri üçün valideynlərinə minnətdarlıq edib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO