“GESCO” ASC-nin Müşahidə şurasının sədri İlham Nağıyev kimdir?

“GESCO” ASC-nin Müşahidə şurasının sədri İlham Nağıyev kimdir?

Hazırda oxunan: “GESCO” ASC-nin Müşahidə şurasının sədri İlham Nağıyev kimdir?

84296

İlham Nağıyev 2019-cu ilin noyabr ayından etibarən “GESCO” ASC-nın Müşahidə Şurasının sədri vəzifəsini icra edir. O, daha əvvəl şirkətin Baş icraçı direktoru vəzifəsində çalışıb.

1 yanvar 1988-ci ildə Bakı şəhərində anadan olan İlham Nağıyev 1994-2004-cü illərdə orta təhsili tamamlayıb. 2005-2006-cı illərdə Londonda SOAS Universitetində, 2006-2009-cu illərdə isə London Şəhər Universitetinin (CASS Business School) Biznesin İdarəedilməsi fakültəsində əyani təhsil alıb.

2008-ci ildə Böyük Britaniya, Çexiya, Litva, Rumıniya, Avstriya  və  Almaniyada yaşayan azərbaycanlıları birləşdirən “Odlar Yurdu” gənclər təşkilatını yaradıb və uzun müddət ona rəhbərlik edib.
 

Onun təşəbbüsü ilə 2008-ci ildə İngiltərədə "Baku United FC” futbol klubunun əsası qoyulub. 


Xaricdə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdan İlham Nağıyev  2010-2012-ci illərdə Bakı Dövlət Universitetində Biznesin İdarəedilməsi üzrə magistr dərəcəsi (MBA) alıb. 

2013-cü ildən 2016-cı ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin kadrlar şöbəsinin müdir müavini, daha sonra müdiri vəzifələrində çalışıb.

O, Təhsil Nazirliyində işlədiyi müddətdə müəllimlərin işə qəbulunun elektron qeydiyyatı sisteminin İT konseptini hazırlayıb və sistemin qurulmasında bilavasitə iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO