Qonşuların PARKİNQ DAVASI: Maşını harada və necə saxlamalı?

Qonşuların PARKİNQ DAVASI: Maşını harada və necə saxlamalı?

Hazırda oxunan: Qonşuların PARKİNQ DAVASI: Maşını harada və necə saxlamalı?

84253

Maşını olan əksər şəxslər onu harada daha güvənli şəkildə saxlayacağından çox zaman məlumatsızdırlar. Bina evlərində yaşayanlar isə qaraj olmadığı təqdirdə, nəqliyyat vasitəsini mənzillərinin önündə saxlamalı olurlar.

Bu da digər maşını olan qonşularla konfliktin yaranmasına zəmin yaradır. Kimisi evinin, pəncərəsinin qarşısında maşın saxlanılmasını istəmir, kimisi isə qonşunun onun parkinq yerindən istifadə etdiyinə görə şikayətlənir.

Hətta bu problem təkcə bizdə deyil, digər ölkələrdə də müşahidə olunur belə ki, qonşu ölkələrdə də parkinq probleminə görə, eyni binanı bölüşənlər bir-birləri ilə davaya çıxır. Hətta bu davalar bəzən məhkəmələrə qədər uzanır...
 

MÖVZU İLƏ BAĞLI:

“Parkovka”da ÖZBAŞINALIQ – Sürücüləri qanunsuz cərimə edən kimlərdir?


Ümumiyyətlə yaşayış binalarında sakinlərin maşınlarını saxlaması necə təşkil edilməlidir? Problemin çıxış yolu nədir?

Hüquqşünas Əlövsət Allahverdiyev mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, bu qaydalar konkret olaraq hər hansı qanunla tənzimlənmir:

“Qanunvericilikdə yaşayış binalarının qarşısında maşınların park olunması ilə bağlı hər hansı qanun yer almayıb. Amma vətəndaş da bundan sui-istifadə edib, başqasına mane olacaq şəkildə maşın park etməməlidir. Maşın sahibi harada istəyirəm, orada da saxlayıram kimi sözlər işlədə bilməz, buna görə də, parkinq üçün konkret yer müəyyənləşdirilməlidir. Həmçinin avtomobili qazonlarda və səkilərdə tərk etmək düzgün deyil. Çünki bu yerlər avtomobillər deyil, piyadalar üçündür. Sərbəst keçidi əngəlləmək də qəti qadağandır. Çoxmərtəbəli binanın hər bir girişinə digər nəqliyyat vasitələri, eləcə də təcili yardım, polis, yanğınsöndürmə, qaz xidməti sərbəst daxil olmalıdır”.

Sürücülərin həssas olduğu bu mövzuda bilməli olduqları daha hansı qaydalar var?

“Avtomobilinizi mağaza digər insan əhəmiyyətli yerlərdə 10 metrdən yaxın məsafədə saxlamaq olmaz. Bu yükü olan avtomobil gələrkən yolun bağlanmaması üçündür. Əgər avtomobiliniz yanlış yerdə çox uzun müddət qalırsa, o zaman evakuasiya oluna və nəqliyyat vasitəsi cərimə meydançasına aparıla bilər. Evin yaxınlığında ödənişli parkinq ərziləri varsa daha güvənli şəkildə orada maşını tərk etmək düzgün olar”, - deyə Ə.Hüseynov bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO