Vilyam Hacıyevə nə qədər iş veriləcək?

Vilyam Hacıyevə nə qədər iş veriləcək?

Hazırda oxunan: Vilyam Hacıyevə nə qədər iş veriləcək?

84239

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda Vilyam Hacıyevin vəkili Yusif İsmayılov müdafiə nitqi ilə çıxış edib.

O bildirib ki, ittiham tərəfi ağır cəza istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

Vilyam Hacıyev hansı qurumlardan milyonlarla pul mənimsəyib?


Vəkil qeyd edib ki, Vilyam Hacıyevin beynəlxalq məsələlər üzrə xidmətləri olub: "Bunu etmək üçün etməyib. Bunun üçün etimad göstərilib. Bu hallara qiymət verilməlidir. Bir səhfə görə xidmətlərin üstündən xətt çəkmək olmaz. Cəzanın təyin olunması da islah olunmaq deməkdir. Prokuror çıxışında Cinayət Məcəlləsinin 52 və 70-ci maddələrinin tələblərini nəzərə almayıb".

Vəkilin sözlərinə görə, Vilyam Hacıyevin səhhətində problemlər var: "Məhkəmə prosesi bir neçə dəfə Vilyam Hacıyevin səhhəti ilə bağlı dayandırılıb. Bununla bağlı məhkəməyə rəsmi cavab da verilib".

Vəkil çıxışının sonunda Vilyam Hacıyevin barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini istəyib.
Vilyam Hacıyevin digər vəkili Elmar Kərimov da çıxış edərək Vilyam Hacıyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra Vilyam Hacıyev son sözünə hazırlaşmaq üçün hakimdən 10 gün vaxt istəyib.

Növbəti proses iyulun 25-də davam edəcək.

Qeyd edək ki, prokuror Vilyam Hacıyevin verilmiş maddələrlə təsirli bilinərək  13 il azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror həmçinin sabiq icra başçının üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə olunmasını istəyib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev  2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Həmçinin, V.Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO