24 illik müddət ərzində ANAMA 70 437.9 hektar ərazi olmaqla, 845 180 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək təmizləyib.
Bu barədə Bizim.Media-ya ANAMA-dan məlumat verilib.
Bildirilir ki, qurum eyni zamanda, vətəndaşlara müraciət edib:
“Qarabağımıza təhlükəsiz və sağlam qayıdışın təmin edilməsində əlindən gələni əsirgəməyən ANAMA vətəndaşlara çağırış edərək, işğaldan azad edilmiş ərazilərimizdə onları məsuliyyətli və sayıq olmağa çağırır. Səylərimizi birləşdirirərək, işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühiti yaradaq!”.
Bizim.Media