Şəmkirdə polis əməliyyat keçirdi – SAXLANILAN VAR - FOTO

Şəmkirdə polis əməliyyat keçirdi – SAXLANILAN VAR - FOTO

Hazırda oxunan: Şəmkirdə polis əməliyyat keçirdi – SAXLANILAN VAR - FOTO

84224

Şəmkirdə narkotik yetişdirənlər şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Bayramov saxlanılıb. 

Şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinin olması müəyyən edilib.
Əraziyə baxış zamanı oradan 17 ədəd ümumi çəkisi 5 kq-dan çox olan narkotik çətənə kolları aşkarlanaraq götürülüb.

Şöbənin Cinayət-Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Sənani Cəfərovun yaşadığı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Aşkarlanan çətənə kolları ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO