Gəncədə bədbəxt hadisə nəticəsində 5 yaşlı uşaq dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2017-ci il təvəllüdlü H.Cəfərli dünən axşam saatlarında Gəncədə yerləşən xəstəxanaların birinə boğulma diaqnozu ilə gətirilib.
Müayinə zamanı azyaşlının nəfəs borusuna yad cisim düşməsi nəticəsində öldüyü müəyyən olunub.
İlkin versiyaya görə, onun boğazında şokolad kağızı qalıbmış.
Faktla bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu