Daxili İşlər Nazirliyinin 102 Xidmət Mərkəzinə yaxın binada yanğın olub

Daxili İşlər Nazirliyinin 102 Xidmət Mərkəzinə yaxın binada yanğın olub

Hazırda oxunan: Daxili İşlər Nazirliyinin 102 Xidmət Mərkəzinə yaxın binada yanğın olub

8402

Bizim.Media-ya daxil olan məlumata görə, Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinin yerləşdiyi binada yanğın olub. Yanğın təfərrüatları ilə bağlı məlumatı dəqiqləşdirmək üçün nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq.

Eişad Hacıyev bildirdi ki, faktiki olaraq, DİN 102 Xidməti-Zəng Mərkəzinin binasında elə bir hadisə baş verməyib: 

“Mərkəzin yerləşdiyi binada hər hansı yanğın olmayıb, məlumat həqiqətə uyğun deyil. Axşam saatlarında qonşuluqda yerləşən binaların birinin zirzəmisində qalaqlanmış məişət tullantılarına naməlum səbəblərdən od düşüb. Yanğının qarşısı dərhal alınıb, ciddi zərər dəyməyib və təlafat olmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO