Gecə saatlarında nağdsız ödəniş sistemləri ÇÖKÜB – Səbəbini KİM BİLİR? 

Gecə saatlarında nağdsız ödəniş sistemləri ÇÖKÜB – Səbəbini KİM BİLİR? 

Hazırda oxunan: Gecə saatlarında nağdsız ödəniş sistemləri ÇÖKÜB – Səbəbini KİM BİLİR? 

83974

Dünən axşam saatlarında, təxminən saat 19 radələrindən gecə yarısına qədər ölkədə nağdsız ödəniş sistemində ciddi problemlər yaşanıb. Nəticədə, vətəndaşlar marketlərdə, yanacaqdoldurma məntəqələrində və digər nağdsız ödənişlərin həyata keçirildiyi yerlərdə heç bir əməliyyat apara bilməyib.

Yalnız gecə yarısı problem yoluna qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda kartla ödənişlərdə problem yaşandı


Yaranmış problemin səbəblərini öyrənmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin sözçüsü Pərvanə Əliyeva Bizim.Media-ya bildirdi ki, “ötən gün ölkədə internetlə bağlı heç bir problem yaşanmayıb. Bu Mərkəzi Bankla bağlı məsələdir”

Mərkəzi Bankla isə əlaqə qura bilmədik. İstirahət günü olduğu üçün telefonlarımıza cavab verən olmadı. 

Çox maraqlıdır ki, ölkədə belə bir ciddi problem yaşanır, səbəbi və ya hər hansı bir məlumatı açıqlamaq istəyən bir qurum tapılmır. Amma normal, svil cəmiyyətlərdə süni ajiotaj yaranmasın deyə dərhal məlumat verili və yaranmış narahatçılqıdan dolayı üzürxahlıq edilir.
Mövzunu gündəmdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO