Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Zəngilan rayonunun Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə 41 məcburi köçkün ailəsinin (201 nəfər) köçürülməsi ilə bağlı tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Masazır Ailə Sağlamlıq Mərkəzində və Abşeron Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Müayinələr Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Müayinələrin əsas məqsədi işğaldan azad olunmuş ərazilərə köçürüləcək şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.
Qeyd edək ki, Ağalı kəndində ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək. Ailə sağlamlıq mərkəzində tele-tibb sisteminin vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir.
Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:39 / 16.07.2022
Zəngilana köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb - FOTO
Hazırda oxunan: Zəngilana köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb - FOTO
Hazırda oxunan: Zəngilana köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb - FOTO
83947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.