Əhmədbəyli-Füzuli-Şuşa yolunda YENİLİK - FOTO/VİDEO 

Əhmədbəyli-Füzuli-Şuşa yolunda YENİLİK - FOTO/VİDEO 

Hazırda oxunan: Əhmədbəyli-Füzuli-Şuşa yolunda YENİLİK - FOTO/VİDEO 

83831

Azərbaycanda ilk dəfə olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viadukların (dərə üzərində inşa edilən körpü) tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun sayılır. 

Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur. 
Xatırladaq ki, 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir.

Yol boyu 137 müxtəlif diametrli suötürücü boru (7 200 p/m), 30 yeraltı keçid (1110 m), 7 körpü (763 p/m), 7 tunel (6358 m) və 9 viaduk (1980 m) inşa edilir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO