Magistraturaya qəbul olanların qeydiyyatı başladı

Magistraturaya qəbul olanların qeydiyyatı başladı

Hazırda oxunan: Magistraturaya qəbul olanların qeydiyyatı başladı

83819

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, müraciətçilər //portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. 

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. 
Elektron sistem üzrə qeydiyyat iyulun 25-i saat 12:00-da yekunlaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO