Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.
Bizim.Media xəbər verir ki, saxlanılan şəxs qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor Məsum Rəsulovdur.
Qafqazinfo.az-ın məlumatına görə, adıçəkilən general 2006-cı ildə Dövlət Gömrük Komitəsində işə başlayıb. Onun qurumda ilk vəzifəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi olub.
Əlavə edək ki, son günlərdə DGK-nin bir neçə məmuru ayrı-ayrı vaxtlarda keçirilən əməliyyatlar nəticəsində saxlanılıb.
Bunlar arasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:02 / 15.07.2022
Daha bir gömrük generalı saxlanıldı - FOTO
Hazırda oxunan: Daha bir gömrük generalı saxlanıldı - FOTO
Hazırda oxunan: Daha bir gömrük generalı saxlanıldı - FOTO
83773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.