Bərdədə qəbiristanlıqlar dolub - Dəfn üçün yer tapılmır - VİDEO

Bərdədə qəbiristanlıqlar dolub - Dəfn üçün yer tapılmır - VİDEO

Hazırda oxunan: Bərdədə qəbiristanlıqlar dolub - Dəfn üçün yer tapılmır - VİDEO

83752

Bərdə şəhərində yerləşən qəbiristanlıqlar artıq dolub.

Bizim.Media xəbər verir ki, şəhər ərazisində üç qəbiristanlıq olsa da, insanlar öz doğmalarını dəfn etməyə yer tapmırlar.

Sakinlərin sözlərinə görə, ötən əsrin ortalarında şəhər ərazisində iki qəbiristanlıq salınıb, lakin bir müddətdir ki, dünyasını dəyişənləri basdırmaq mümkün deyil.

Şəhərin İmamzadə qəbiristanlığında da eyni vəziyyət yaşanır.

Hazırda qəbiristanlıqda az sayda boş yerlər olsa da, həmin yerlər ailələrə aiddir. Atası, yaxud da anası ölən övlad yaxınını orada basdırdıqdan sonra onun ətrafını hasarayaraq gələcəkdə vəfat edəcək yaxınlarına da yer hazırlayıb. Qəbiristanlıqda ölüsü olmayanlar üçün isə artıq yer tapmaq mümkün deyil.

Yaranmış vəziyyət rayon ağsaqqallar şurasını narahat etdiyindən problemlə bağlı icra hakimiyyətinə, rayondan olan millət vəkillərinə və Baş nazirə müraciət ediblər.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, artıq yeni qəbirstanlıq ərazisi ilə bağlı ilkin sənədləşmə işləri aparılıb. Bu barədə aidiyyəti dövlət orqanlarına müraciət edilib. Yaxın vaxtlarda məsələnin həll edilməsi nəzərdə tutulub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO