Xaçmazda şəhidin xatirə bulağının açılışı oldu - FOTO 

Xaçmazda şəhidin xatirə bulağının açılışı oldu - FOTO 

Hazırda oxunan: Xaçmazda şəhidin xatirə bulağının açılışı oldu - FOTO 

83724

Xaçmazın Şərifoba kəndində Vətən Müharibəsi şəhidi Rəvan Dilşad oğlu Şahmuradovun xatirə bulağının açılışı olub. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, şəhidin xatirə-bulaq kompleksi onun 23 yaşının tamam olduğu gün istifadəyə verilib.  

Açılış mərasimində yerli rəsmilər, qazi və şəhid ailələri, ictimaiyyət nümayəndələri 20 yaşında Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan topçu Rəvanın igidliyindən danışıblar.  

Xaçmaz İH başçısının 1-ci müavini Anar Oruclu çıxışında qələbəni Azərbaycan xalqına dəmir yumruqlu Prezidentlə birgə bəxş edən Rəvan kimi oğulları hər kəsin hörmətlə andığını deyib.

Bildirilib ki, dövlət həmişə belə oğullar qurban verən övladların ailələrinin yanındadır. Sonda şagirdlər qəhrəmanlığı vəsf edən şeirlər səsləndirib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO