“8 noyabr” metrostansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

“8 noyabr” metrostansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Hazırda oxunan: “8 noyabr” metrostansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

8372

Xəbər verdiyimiz kimi, Bakıda yeni tikilən metrolardan birinə Prezidentin sərəncamı ilə “8 noyabr” adı verilib. İndi şəhər sakinlərinin çoxunu bu stansiyanın nə vaxt açılacağı düşündürür.  Düzdür, indiki şəraitdə metro onsuz da fəaliyyət göstərmir. 

Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət etdik. 

O, Bizim.Media-ya açıqlamasında dedi ki, metronun yenidən fəaliyyətə başlaması Nazirlər Kabineti yanında Operativ Qəraragahın qərarından asılıdır. Yumşalma olarsa, biz də fəaliyyətə başlayacağıq.

Bəxtiyar Məmmədov yeni inşa edilən “8 noyabr” stansiyası haqda isə bildirdi ki, bu, bənövşəyi xəttin 3-cü stansiyasıdır. Müstəqillik dövründə inşa edilib, istifadəyə verilmiş ilk xəttimizdir:

“Yeddi vaqonluq qatarlar bu xətt üzrə hərəkət edəcək. Bunun üçün müvafiq infrastruktur qurulur. Stansiya 3 səviyyədən ibarətdir. Fərqli səviyələrdə 17 eskalatorla təchiz olunub, amma nə zaman istismara veriləcəyi haqda konkret məlumat yoxdur”.

Gülşanə Mustafayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO