TQDK şagird və abituriyentlərə müraciət etdi

TQDK şagird və abituriyentlərə müraciət etdi

Hazırda oxunan: TQDK şagird və abituriyentlərə müraciət etdi

83599
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 2-də qəbul və buraxılış imtahanlarında iştirak edəcək şagird və abituriyentlərin imtahana gələrkən bu sənədləri mütləq özlərilə gətirmələrini tövsiyyə edib

1) “İmtahana buraxılış vərəqəsi”x9d; 

2) şəxsiyyəti təsdiq edən sənədin əslini;

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

Qeyd: 16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da mütləq gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, imtahana buraxılmayacaqsınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO