Bu radiostansiyalar üçün tezlik ayrılması PROSEDURU SADƏLƏŞDİRİLDİ 

Bu radiostansiyalar üçün tezlik ayrılması PROSEDURU SADƏLƏŞDİRİLDİ 

Hazırda oxunan: Bu radiostansiyalar üçün tezlik ayrılması PROSEDURU SADƏLƏŞDİRİLDİ 

83520

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclasında əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması prosedurunun sadələşdirilməsi məsələsinə baxılıb. 

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Dövlət Komissiyasının qərarına əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər bundan sonra PMR 446 (PMR 446-private mobile radio, 446 MHs) analoq və rəqəmsal əldə daşınan radiostansiyaların istifadəsi məqsədilə 446,000-446,100 MHs tezlik zolağından konkret tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunacaq əldə daşınan radiostansiyaların qeydiyyata alınması üçün mövcud qaydalara uyğun olaraq, RİNN-in tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsinə (DRİ) birbaşa müraciət edəcəklər. 

Xatırladaq ki, indiyə qədər bu tip radiostansiyalardan istifadə etmək istəyənlər Dövlət Komissiyasına müraciət edirdi və komissiya mövcud qaydalara əsasən, müraciətlərə 2 ay ərzində baxaraq qərar verirdi. 

Yeni dəyişikliyə görə, müraciətçilər tələb olunan sənədləri DRİ-yə təqdim etdikdən sonra 3 iş günü ərzində istifadəçilərə tezlik nominallarının ayrılması mümkün olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO