Biləsuvarda avtomobil piyadanı vurdu

Biləsuvarda avtomobil piyadanı vurdu

Hazırda oxunan: Biləsuvarda avtomobil piyadanı vurdu

83420

Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyatı hadisəsi baş verib.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə Biləsuvar - Bəhrəmtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində olub.  

Belə ki, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən rayon sakini, 43 yaşlı Əliyev Əhəd Əlövsət oğlunu vurub. Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  
Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO