Gürcüstana gedən azərbaycanlılar geri qayıda bilmir – Qaydalarda DƏYİŞİKLİK VAR

Gürcüstana gedən azərbaycanlılar geri qayıda bilmir – Qaydalarda DƏYİŞİKLİK VAR

Hazırda oxunan: Gürcüstana gedən azərbaycanlılar geri qayıda bilmir – Qaydalarda DƏYİŞİKLİK VAR

83413

Gürcüstanla bağlılığımızın mərkəzində orada tarixən azərbaycanlıların yaşamasının dayandığını desək, heç də yanılmarıq. Uzun illərdir ki, orada yaşayan azərbaycanlıların bir çoxu Gürcüstan vətəndaşı olmasına baxmayaraq, hələ də Azərbaycanla əlaqələrini kəsmir, xeyirdə-şərdə birlik nümayiş etdiririk. O cümlədən Azərbaycan vətəndaşları da bayramlarda, tədbirlərdə Gürcüstana tez-tez səyahət edir, orada yaşayan qohum-qardaş ilə görüşürlər.

Gürcüstana öz şəxsi avtomobilləri ilə bu və ya digər məqsədlə getmiş vətəndaşlarımızdan Bizim.Media-ya daxil olan müraciətə əsasən, vətəndaşlar hazırda geri dönə bilmirlər.

Gürcüstan-Azərbaycan sərhədində sıraya düzülən Azərbaycan nişanı ilə nömrələnmiş maşınlar demək olar ki, sərhəddə tıxac yaradıblar.

Dəfələrlə Gürcüstandakı səfirliyimizə müraciət etmələrinə baxmayaraq, oradan bildiriblər ki, artıq Nazirlər Kabineti sərhəddi keçmək üçün verdiyi kodları dayandırıb. Xüsusilə bayram günlərində səfirliyin işçiləri müraciətin artdıqğını deyərək, bu məsələdə bir yardım edə bilməyəcəklərini bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvan İrana quru sərhədlərini BAĞLADI – RƏSMİ 


Bayram günləri olduğundan Operativ Qərargahın mövcud duruma münasibətini öyrənmək mümkün olmadı. 

Dövlət Sərhəd Xidmətindən polkovnik-leytnant Aftandil Abbasovun Bizim.Media-ya verdiyi açıqlamaya əsasən isə hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrində ölkəmizə keçidi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına müvafiq olaraq, müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. 

“Digər məsələlərlə bağlı problemlə üzləşən vətəndaşlar bizə yox, aidiyyatı qurumlara müraciət etməlidirlər. Gürcüstana gedən şəxslərə məlumdur ki, hansısa qanuni tərəfdən bu səfəri rəsmiləşdirərək gediblər və eyni qaydada da, müvafiq qurumlara geri qayıtmaq məsələsi ilə bağlı müraciət etməlidirlər”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO