Mirşahinin tənqidlərinə ATV rəhbərindən CAVAB – “ATV öz yerini bilir, yolunu gedir”

Mirşahinin tənqidlərinə ATV rəhbərindən CAVAB – “ATV öz yerini bilir, yolunu gedir”

Hazırda oxunan: Mirşahinin tənqidlərinə ATV rəhbərindən CAVAB – “ATV öz yerini bilir, yolunu gedir”

83374

Xəbər verdiyimiz kimi, REAL TV-nin direktoru Mirşahin Ağayev müəllif və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində bir sıra telekanalların ünvanına tənqidi fikirlər səsləndirib:

“Bir neçə kanalımız var ki, onlar yerdə qalıblar. Ağır da olsa, deməliyəm. Heyif ki, ictimai zövqü korlayırlar.

Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb”, - deyə Mirşahin bildirib.

REAL TV-nin direktoru həmkarlarına müraciət edərək bildirib ki, hər şey pulla ölçülmür:

“Fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərər, zərbə vurduğunuzun fərqində olun”.
 

MÖVZU İLƏ BAĞLI:

Bu verilişlərdə yığılan pullarla bağlı CİNAYƏT İŞİ AÇILACAQ? - Mir Şahin hər şeyi açıqladı... - VİDEO


Mirşahinin bu fikirlərinə cavab isə özünü çox gözlətməyib.

Belə ki, ATV-nin direktoru Azər Xəlilov öz sosial şəbəkə hesabından yazdığı statusda rəhbəri olduğu kanalın ölkədə ən böyük izləyici auditoriyası olan media resursu olduğunu bildirib:

“Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl telekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO