Bakının mərkəzindəki yanğının səbəbi bilindi - YENİLƏNİB/VİDEO

Bakının mərkəzindəki yanğının səbəbi bilindi - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Bakının mərkəzindəki yanğının səbəbi bilindi - YENİLƏNİB/VİDEO

83335

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Bizim.Media FHN-nə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

***

Bir neçə dəqiqə öncə Bakının mərkəzində, Nizami küçəsində güclü partlayış baş verib.

Bizim.Media xəbər verir ki, partlayış zamanı küçədə kanalizasiya quyularından birinin dəmir qapağı ataraq kənara sıçrayıb. Daha sonra kanalizasiya quyusu yanmağa başlayıb.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub. Hadisə yerindən görüntüləri təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO